EN

SON DƏQİQƏ! AFFA PFL-də araşdırma aparır

PFL-in səlahiyyətlərinin azaldılacağı və ya qurumun ləğv edilə biləcəyi ilə bağlı bir müddətdir mətbuatda xəbərlər dolaşır. AFFA-nın Hesabat Konfransında qurum rəhbəri Rövşən Nəcəf bu barədə açıqlama da vermişdi.

O, PFL ilə imzalanmış müqavilənin şərtlərində dəyişiklik edilməsi, funksiyaların artırılması və ya azaldılmasının mümkün olduğunu bildirmişdi.

Məlum olub ki, hazırda PFL-də araşdırma aparılır. Qurumun hüquqi sənədlərinə baxış keçirilir. AFFA PFL-in qərarları nələrin əsasında verdiyini yoxlayır. Məhz bu araşdırmanın nəticəsində qurumun gələcəkdəki taleyi bəlli olacaq.

Qeyd edək ki, PFL-in nizamnaməsinə dəyişiklik ediləndən sonra AFFA belə bir addım atmağı məqbul hesab edib.

İdmanxeber.az 

 

Chosen
7
idmanxeber.az

1Sources