EN

ABŞ-İran danışıqlarının ikinci raundu gələn həftənin əvvəli keçirilə bilər

ABŞ-İran danışıqlarının ikinci raundu gələn həftənin əvvəli keçirilə bilər

ABŞ və İran arasında gözlənilən ikinci raund danışıqlar bu həftənin sonunda və ya gələn həftənin əvvəlində İslamabadda baş tuta bilər.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İranın Pakistandakı səfirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Danışıqların ilk raundu aprelin 11-də baş tutub. Həmin görüşdə İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqer Qalibaf, ABŞ heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik etmişdi. Həmin vaxt tərəflər bir sıra fundamental ziddiyyətlər səbəbindən uzunmüddətli nizamlanma barədə razılığa gələ bilməmişdilər.

Gözlənilən ikinci raundda tərəflərin Hörmüz boğazındakı vəziyyət və dəniz blokadası təhlükəsi fonunda gərginliyi azaltmaq yollarını yenidən müzakirə edəcəyi ehtimal olunur. Ekspertlər İslamabadın bu prosesdə vasitəçi rolunun regiondakı hərbi eskalasiyanın qarşısını almaq üçün son şanslardan biri olduğunu bildirirlər.

Chosen
46
38
afn.az

10Sources