EN

Erməni vitse-spiker: Rusiya ilə münasibələrdə iqtisadi problemlər yoxdur

Rusiya ilə münasibətlərdə iqtisadi problemlər yoxdur.

Ermənistan mediası xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan jurnalistlərin Nikol Paşinyanın Moskvaya səfərindən sonra bəzi erməni istehsalçıları ilə bağlı problemlərin yaranması və qaz qiymətlərinin artmasının təsadüf olub-olmaması ilə bağlı sualına cavabında deyib.

“Qazın qiyməti niyə artırılmalıdır? Yəni siz demək istəyirsiniz ki, Rusiya hansısa razılaşmaları yerinə yetirməməli, düşmən addımlar atmalıdır — niyə? Rusiya Prezidenti bu cür eyhamlar etməyib. Bu cür fikirlər Ermənistanda bəzi siyasi qüvvələrdən və onlara bağlı KİV-lərdən səslənir”, - o vurğulayıb.

Chosen
5
2
apa.az

3Sources