“Qarabağ” klubu xanım azarkeşləri üçün növbəti dəfə jest edib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Misli Premyer Liqasının 28-ci turunda "Sabah"la keçiriləcək qarşılaşmada komandaya dəstək olmaq istəyən xanım azarkeşlər üçün stadiona giriş ödənişsiz olacaq:
Xanımların biletlərini mütləq şəkildə oyun günü kassalardan əldə etmələri vacibdir. Stadiona biletsiz girişin mümkün olmadığı bildirilib.
Qeyd edək ki, qarşılaşma aprelin 19-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.
Xatırladaq ki, "Qarabağ" Azərbaycan kubokunun yarımfinalının "Sabah"la ilk oyununda da xanımlara və 15 yaşadək uşaqlara biletləri pulsuz etmişdi.