Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bir sıra Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri yeni üzvlərin qəbulunu müzakirə etməkdən çəkinir. Onlar narahatdırlar ki, bu, “Polşa santexniki” mövzusunda populyar sağçı və populist ritorikanın yenidən dirçəlməsinə səbəb ola bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" qəzeti Avropa diplomatı və dövlət qulluqçularının məlumatına istinadla xəbər verib.
Nəşrin məlumatına görə, hökumətlər arasında ən böyük narahatlıq “AB-nin potensial üzvlərini milli debatlara cəlb edən hər bir lider üçün siyasi nəticələrdən cəkinməsi”dır. Bu barədə genişlənmə prosesində iştirak edən üç diplomat və bir yüksək vəzifəli Aİ rəsmi açıqlama verib.
Paytaxtlarda 2004-cü ildə Polşanın qəbulundan əvvəl bir çox ölkədə baş qaldıran “Polşa santexniki” debatlarının təkrarlanmasından ehtiyat edirlər. Həmin vaxt bəzi siyasətçilər iddia edirdilər ki, polşalı işçilər Qərbi Avropada yüksək maaşlı iş yerlərini tutacaqlar. “Polşalılara qarşı eşitdiyimiz yarı-populist, yarı-ksenofob arqumentləri digər namizədlərə qarşı da eşidəcəyimiz ehtimalı yüksəkdir”, – deyə bir Avropa diplomatı bildirib.
Bu narahatlıq xüsusilə Fransada güclüdür, çünki ölkə qanunla hər hansı yeni üzvün qəbuluna referendum keçirməlidir. Oxşar mövqelər Almaniya, Niderland və İtaliyada da müşahidə olunur. Xüsusilə Ukraynanın qəbuluna dair səsvermə, Fransada populist sağçı “Milli Birlik” partiyasının lideri Jordan Bardellanın kampaniyasına əlverişli şərait yarada bilər.
Yeni üzvlərin qəbul məsələsi aprelin 23-də Nikosiyada keçiriləcək qeyri-rəsmi Aİ sammitinin gündəliyinə daxil edilməli idi. Lakin hazırkı vəziyyətə görə, bu məsələ “çox güman ki, müzakirə olunmayacaq”, – görüşün hazırlanmasında iştirak edən yüksək vəzifəli bir Aİ rəsmi bildirib.
Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.