“Qarabağ" xanım azarkeşləri üçün növbəti dəfə jest edib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Misli premyer-liqasının 28-ci turunda "Sabah"la keçiriləcək qarşılaşmada komandaya dəstək olmaq istəyən xanım azarkeşlər üçün stadiona giriş ödənişsiz olacaq. Xanımların biletlərini mütləq şəkildə oyun günü kassalardan əldə etmələri vacibdi. Stadiona biletsiz girişin mümkün olmadığı bildirilib.
Qarşılaşma aprelin 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19.30-da başlayacaq.