EN

İran və ABŞ İslamabadda niyə razılığa gələ bilmədi? - Pezeşkian açıqladı

İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.

İran mediasının xəbərinə görə, Pezeşkian telefon danışığı zamanı Makronu Pakistanda keçirilmiş İran-ABŞ danışıqları barədə məlumatlandırıb.

İran Prezidenti tərəflər arasında ekspert səviyyəsində anlaşmaların əldə olunmasına baxmayaraq, ABŞ rəsmilərinin həddən artıq tələbləri və kifayət qədər siyasi iradə göstərməməsinin razılaşmanın yekunlaşmasına mane olduğunu Makronun diqqətinə çatdırıb.

Pezeşkian milli maraqların və suverenliyin qorunması çərçivəsində İranın danışıqlara hazır olduğunu bildirib.

Chosen
2
6
aznews.az

10Sources