EN

Rubinyan: “Sərhədlərin açılması Ankaradan asılıdır”

Ermənistan–Türkiyə münasibətlərində normallaşma prosesi ilə bağlı yeni açıqlama verilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hakim “Vətəndaş müqaviləsi” partiyasından parlament sədrinin müavini, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan sərhədlərin açılması məsələsində təşəbbüsün artıq Ermənistan tərəfində olmadığını bildirib.

Onun sözlərinə görə, Ermənistan üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədlərin açılması istiqamətində bütün addımları atıb, keçid məntəqələrini bərpa edib.

Rubinyan qeyd edib ki, Türkiyə də bu ildən öz tərəfində işlərə başlayıb və İrəvan razılaşmaların icrasını gözləyir:

“Top artıq bizim tərəfdə deyil”.

O, bu prosesin Azərbaycanla sülh sazişiylə əlaqələndirilməsinə də şübhə ilə yanaşıb.

Rubinyan əlavə edib ki, tərəflər arasında Ani tarixi körpüsünün bərpası ilə bağlı razılaşma mövcuddur və sənədləşmə prosesi davam edir.

Erməni siyasətçi həmçinin bildirib ki, Antalyada keçiriləcək diplomatik forumda iştirak etməyəcək və Ermənistan nümayəndə heyətinin qatılıb-qatılmayacağı ilə bağlı əlavə məlumat veriləcək.

Musavat.com

Chosen
21
musavat.com

1Sources