EN

Marukyan seçkilərə tək gedir 

Ermənistanda parlament seçkiləri ərəfəsində müxalif düşərgədə birlik cəhdləri uğursuz olub.

Musavat.com xəbər verir ki, “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan iyunun 7-də keçiriləcək seçkilərdə partiyasının ayrıca iştirak edəcəyini açıqlayıb.

Onun sözlərinə görə, son altı ay ərzində müxalif qüvvələrin vahid siyahı ilə seçkilərə qatılması üçün cəhdlər göstərilsə də, bu plan reallaşmayıb. Marukyan bildirib ki, partiyası “öz yolu ilə gedəcək” və bu, seçkilərə əlavə intriqa qatacaq.

Qeyd edək ki, Edmon Marukyan əvvəllər Nikol Paşinyan hakimiyyəti dövründə xüsusi tapşırıqlar üzrə səfir vəzifəsində çalışıb. Hazırda isə özünü müxalif kimi təqdim edən Marukyanın çıxışları revanşist ritorika ilə yadda qalır və bu, Ermənistanda siyasi düşərgələr arasında ziddiyyətlərin davam etdiyini göstərir.

Musavat.com

 

Chosen
19
musavat.com

1Sources