EN

Cənubi Koreya Hörmüz boğazı ilə bağlı konfransda iştirak edəcək

Cənubi Koreya Hörmüz boğazında vəziyyətin sabitləşdirilməsi üzrə birgə səylərə həsr olunmuş çoxtərəfli onlayn görüşdə iştirak edəcək.

"Far.Az" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, görüş bu ayın əvvəlində döyüş əməliyyatlarının başa çatmasından sonra Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi variantlarının müzakirəsi məqsədilə Böyük Britaniyanın himayəsi altında keçirilmiş müşavirənin davamı olacaq. Müşavirədə 40 ölkədən hərbi mütəxəssislər iştirak edib.

Görüşdə Koreyanın xarici işlər nazirinin müavini Çon Iy He iştirak edəcək. Danışıqlar Böyük Britaniya və Fransanın birgə rəhbərliyi altında aparılacaq.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən müzakirələr razılaşma əldə edilmədən başa çatıb.

Chosen
23
far.az

1Sources