EN

Tramp İranın uran təklifini rədd etdi: İddia

ABŞ prezidenti Donald Trampın Pakistanda danışıqlar zamanı Vaşinqtonun zənginləşdirmə prosesinin 20 illik dayandırılması tələbinə cavab olaraq İranın uran zənginləşdirmə fəaliyyətinin beş illik müvəqqəti dayandırılması təklifini rədd etdiyi iddia edilib.

Turkustan.az xəbər verir ki, “New York Times” qəzetinin iki İran və bir ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, vitse-prezident JD Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti İrandan uran zənginləşdirmə fəaliyyətlərini 20 il müddətinə dondurmağı və zənginləşdirilmiş uranı ölkədən çıxarmağı istəyib.

Hesabatda iddia edilir ki, ABŞ-ın 20 illik fasilə tələbinə cavab olaraq, İran dünən rəsmi olaraq uran zənginləşdirmə fəaliyyətlərini beş il müddətinə müvəqqəti olaraq dayandırmağı təklif edib, lakin Tramp bu təklifi rədd edib.

Digər tərəfdən, zənginləşdirilmiş uranın ixracı tələbini rədd edən Tehran, mövcud uran ehtiyatlarının "zənginləşdirmə səviyyələrini azaltmağı" təklif etdiyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
25
1
turkustan.az

2Sources