EN

“Kimsə evinin pulunu mənə verməyib” Samir Abasov təzminatdan danışdı

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov klubdan ayrılarkən aldığı təzminatdan danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, “CBC Sport”da gedən “90 dəqiqə” verilişində bu məsələnin niyə çox müzakirə olunmasını anlamadığını bildirib:

“Təzminat məsələsi həddindən artıq çox danışıldı. Bunun səbəbini bilmirəm. Kimsə evinin pulunu mənə verməyib. Öz haqqımı almışam. Niyə belə ajiotaj yaratdı bilmirəm. Məndən əvvəl də məşqçilər də olub, dünya futbolunda da bu təcrübə var. Kim zəng edirdisə, sonda soruşurdu ki, təzminat məsələsi necə oldu. Bu mənimlə “Neftçi”nin arasında olan şeydir”. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
1
qafqazinfo.az

2Sources