EN

MDB-yə üzv ölkələr arasında əməkdaşlıq haqqında yeni saziş təsdiqlənəcək

Milli Məclis MDB-yə üzv ölkələr arasında imzalanmış məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında sazişi təsdiqləyəcək.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Qeyd edilib ki, hər bir tərəf bu sazişi imzalayarkən və ya onun öhdəliklərini yerinə yetirməyə razılığını ifadə edərkən məhkəmə sisteminə daxil olmayan səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən verilmiş icra sənədlərinə, habelə notariat qaydasında təsdiq edilmiş sənədlərə münasibətdə bu sazişi tam və ya qismən tətbiq etməyəcəyini bəyan etmək hüququna malikdir.

Sazişin qismən tətbiq edilməyəcəyini bəyan edən tərəf bəyannamədə onun tətbiq etməyəcəyi sazişin konkret müddəalarını müəyyən edir.

Bu sazişin imzalanması zamanı verilmiş bəyanat bu sazişin qüvvəyə minməsi üçün tələb olunan müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsinə dair bildirişdə təsdiqlənməlidir.

Layihə parlamentin plenar iclasına tövsiyə edilib.

"Cebheinfo.az"

Chosen
21
1
cebheinfo.az

2Sources