EN

Rusiya Teleqramdakı bloklanmanı yumşaltmaq qərarına gəlib

Kreml Rusiya prezidenti Vladimir Putinin reytinqinin aşağı düşməsindən ehtiyat edərək internet məhdudiyyətlərinə yanaşmasını yenidən nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Agentliyin mənbələrinə görə, Federal Təhlükəsizlik Xidmətinin (FSB) daha sərt nəzarət üçün səyləri bəzi yüksək vəzifəli məmurları internetə girişin qadağan edilməsi ilə bağlı siyasi və iqtisadi risklər barədə xəbərdarlıq etməyə vadar edib.

Mənbə bildirib ki, bu, repressiv tədbirləri yavaşlada bilər və “Telegram”ın Rusiyada fəaliyyətini davam etdirməsinə imkan verə bilər.

Chosen
4
6
azpost.info

9Sources