EN

Suşi sevənlərə XƏBƏRDARLIQ: Dəniz məhsullarındakı yeni virus insanları KOR EDİR

Suşi həvəskarları kor olmaq təhlükəsi ilə üz-üzədir.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Tədqiqatçılar əvvəllər yalnız balıq və krevetlərdə yaşayan, lakin sonradan mutasiyaya uğrayaraq insanlara keçən yeni virus aşkar ediblər. Çində artıq 70 pasiyentdə bu virusa yoluxma halı qeydə alınıb.

Virus çiy dəniz məhsulları (suşi, roll və az duzlu balıq) vasitəsilə ötürülür. İnfeksiyaya hətta əlcəksiz balıq doğrayıb təmizləyərkən belə yoluxmaq mümkündür.

Xəstəliyin simptomlarına ağrı, qızartı, dumanlı görmə və göz daxilində yüksək təzyiq daxildir. Müalicə olunmadıqda bu, qlaukoma və görmə qabiliyyətinin tam itirilməsinə gətirib çıxarır.

Bu virusa qarşı hələ ki heç bir peyvənd yoxdur. Virusu yalnız dəniz məhsullarını yaxşı qızartmaq və ya qaynatmaqla məhv etmək mümkündür. Buna görə də çiy balıq sevənlər ehtiyatlı olmalı və sobada bişmiş rollara üstünlük verməlidirlər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
26
4
interpress.az

6Sources