EN

Heykəllərdə kirilcə yazılar hələ də QALIR QR kod nə vaxt TƏTBİQ OLUNACAQ?

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən il Bakıda bəzi heykəllərin üzərində adların hələ də kiril əlifbasıyla olması məsələsini gündəmə gətirmişdik.Bununla bağlı Mədəniyyət Nazirliyi Bizim.Media-ya açıqlamada bildirmişdi ki, həmin abidələrin yanında müasir tendensiyalara uyğun, özündə daha çox informasiya daşıyan QR-kodlu məlumat lövhələrinin quraşdırılması imkanları araşdırılacaq. Ancaq məsələ hələ də öz aktuallığını saxlayır. Çünki abidələrin üzərindəki yazılar hələ də kiril əlifbasında qalır.  Bəs sözügedən QR-kodların tətbiqi nə zaman gözlənilir? Yenidən məsələylə bağlı Nazirliyə sorğu ünvanladıq.Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat Katibi Fariz Hüseynli Bizim.Media-nın sorğusuna cavab olaraq bildirdi ki, bu barədə yenilik yoxdur, hər hansı bir addım atılmayıb.Ümumiyyətlə planlanır?

"Hələ ki, yaxın vaxtda yox, ola bilər ki, il ərzində olsun"-deyə qurum nümayəndəsi bildirib.Nəzrin Mirzəyeva, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
1
bizim.media

2Sources