EN

İrandakı hadisələrin Azərbaycan iqtisadiyyatına təsiri açıqlandı

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanın cənub qonşusu İranla ixrac və idxal əməliyyatlarının ümumi ticarətdə payı yüksək deyil. 

Modern.az xəbər verir ki, bu fikirləri 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudzadə deyib.

Onun sözlərinə görə, ölkənin maliyyə sektorunun İranla inteqrasiya səviyyəsi də aşağıdır. 

“Bu səbəbdən hazırkı mərhələdə baş verən proseslərin sektora ciddi təsir göstərəcəyi gözlənilmir. Bununla belə, vəziyyətin daim nəzarətdə saxlanıldığı və hər hansı dəyişiklik baş verərsə, mövcud proqnozlara yenidən baxılacaq. Yaxın Şərqdəki proseslər fonunda dünya bazarında neft qiymətlərinin artması da nəzərə alınmalıdır. Bu isə Azərbaycanın valyuta ehtiyatlarının artmasına və tədiyyə balansının möhkəmlənməsinə şərait yaradır və müsbət hal olaraq dəyərləndirilir”.

Qurum rəsmisi həmçinin qeyd edib ki, neftin bahalaşması Azərbaycanın əsas ticarət tərəfdaşları olan, xüsusilə neft idxal edən ölkələrdə inflyasiyanın yüksəlməsinə səbəb olur. 

“Nəticədə bu proses ölkəyə idxal olunan inflyasiya təzyiqlərini artırır. Ümumilikdə isə iqtisadi göstəricilər kontekstində qiymətləndirmələr göstərir ki, cənub qonşusu ilə ticarət əməliyyatlarının həcmi məhdud olduğundan, mövcud vəziyyətin ölkə iqtisadiyyatına təsiri hazırda ciddi qiymətləndiriımir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
modern.az

1Sources