EN

“Mançester Yunayted” Almaniyada baş məşqçi axtarır

“Mançester Yunayted” rəhbərliyi yeni baş məşqçi ilə bağlı danışıqlar aparmaq üçün Almaniyaya yollanacaq.

İdmanxeber.az-ın məlumatına görə, klub rəsmilərinin səfəri gələn həftəyə planlaşdırılıb. Səfərin məqsədi növbəti mövsüm üçün baş məşqçi postuna namizədlərlə görüşməkdir. Danışıqların detalları və iştirakçıların adları hələlik açıqlanmır.

Qeyd olunur ki, görüşlərin Almaniyada keçirilməsi klubun komandaya daha sərt intizam və müasir taktiki yanaşma gətirmək istəyi ilə bağlıdır.

32 turdan sonra “Mançester Yunayted” Premyer Liqada 55 xalla 3-cü pillədə qərarlaşıb. Komanda son oyunda öz meydanında “Lids Yunayted”ə 1:2 hesabı ilə məğlub olub.

Chosen
9
idmanxeber.az

1Sources