EN

Şübhəsiz, Mançester Yunayted üzərində qələbəni haqq edirdik

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində "Mançester Yunayted"i səfərdə 2:1 hesabı ilə məğlub edən "Lids Yunayted"in baş məşqçisi Daniel Farke qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini klubun rəsmi saytı belə çatdırıb:

"Bu oyunda, cəsarət nümayiş etdirmək və hücum futbolu oynamaq vacib idi. Passiv oyun, hesabı qorumağa hesablanmış davranış "Old Trafford"dan xal aparmaq şansımızı heçə endirərdi.

Matç ərzində dominantlıq etməyə, topa nəzarəti özümüzdə saxlamağa köklənmişdik. Məncə, inamlı pressinqlə diqqət çəkdik. İlk yarı əla alındı. Fasiləyə qədər hesabı 3:0-a və ya 4:0-a çatdıra bilərdik. 

İkinci hissəyə də çox uğurla başladıq. Lakin təbii ki, hələ üzərində işləməli olduğumuz nələrsə var. Komandamız Premyer Liqaya Çempionşipdən gəlib və səhvlər etməyimiz normaldır. Digər tərəfdən, biz həm də yüksək səviyyəli kollektivik. Heyətimizdə ehtiyatdan oyuna çıxaraq vəziyyəti dəyişməyə qadir, keyfiyyətli futbolçular var. 

Şübhəsiz, "Mançester Yunayted" üzərində qələbəni haqq edirdik. Bu, "Lids"lə bağlı olan hər kəs üçün əla axşamdır".

Xatırladaq ki, mərkəz müdafiəçisi Lisandro Martines qırmızı vərəqə aldığı üçün MY 56-cı dəqiqədən azlıqda oynayıb. 

Toğrul

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
fanat.az

2Sources