EN

Mərkəzi Bank əhalinin borc yükünün artmasını şərh edib

Bakı. Trend:

Məqsəd əhalinin borclanmasını azaltmaq deyil, bu artımın sağlaməsaslar üzərində formalaşmasını təmin etməkdir.

Trend xəbərverir ki, bunu Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə bu gün“Maliyyə sabitliyi hesabatı”nın təqdimatına həsr olunmuş mətbuatkonfransında bildirib.

Onun sözlərinə görə, əsas prinsip insanların yalnız ödəyəbiləcəkləri həcmdə borc götürməsidir:

"Borclanmanın artması müəyyən qədər bazanın aşağı olması iləbağlıdır. Eyni zamanda, digər ölkələrin təcrübəsi göstərir ki,gəlirlər artdıqca borclanma da yüksəlir. Bu baxımdan ümumiborclanmanın artması normal hesab oluna bilər, əsas məsələ risklivə həssas kreditlərin payının artmamasıdır.

Statistikaya əsasən, yüksək borc yükünə malik (45%-dən yuxarı)seqment üzrə azalma müşahidə olunur. Əvəzində, daha çox insan kiçikməbləğlərlə borc götürməyə başlayıb: əvvəllər 41 nəfər borcalırdısa, indi bu rəqəm 110 nəfərə çatıb. Bu isə daha təhlükəsizhesab olunur, çünki az sayda şəxsin böyük və qaytarılması çətinborc götürməsindən daha məqsədəuyğundur".

Qeyd edək ki, əhalinin borc yükü üzrə dinamikası diqqətmərkəzində saxlanılır. Əhalinin sərəncamda
qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilməyinəbaxmayaraq, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərdəkipayı artmaqdadır. Belə ki, əhalinin borc yükünün sərəncamda qalangəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 0.4 faiz bəndiartaraq 18.4% olub.

Məqalədə:
Chosen
20
az.trend.az

1Sources