EN

Xəzər Media Mərkəzinin direktoru Murad Dadaşov “Azxəbər”i təbrik etdi FOTO

ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov AZXEBER.COM informasiya portalını 16-cı ildönümü münasibətilə təbrik edib. 

AZXEBER.COM həmin məktubu təqdim edir:

 "Hörmətli, Hacıbəy müəllim. 

Sizi yubileyiniz, təsisçisi olduğunuz "Azxeber” informasiya portalını isə fəaliyyətə başlamasının 16-cı ildönümü münasibətilə ürəkdən təbrik edirəm!

Ötən müddət ərzində "Azxeber” operativ xəbər təqimatı və peşəkar yanaşması ilə ölkəmizin media makanında özünəməxsus yer tutmuşdur. Portalın bu gün geniş oxucu auditoriyasının etimadını qazanması Sizin və əməkdaşlarınızın fədakar əməyinin nəticəsidir. Əminəm ki, Sizin rəhbərliyinizlə kollektiviniz bundan sonra da milli mətbuatımızın inkişafına və cəmiyyətin dolğun məlumatlandırılmasına dəyərli töhfələr verəcəkdir.

Bu xoş gündə Sizə və kollektivinizin hər bir üzvünə uzun ömür, möhkəm cansağlığı diləyir, fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzu edirəm!”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
azxeber.com

1Sources