EN

Ağstafaya sel gəlib Bəzi kəndlərlə gediş gəliş çətinləşib

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ağstafa çayına sel gəlib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonla Molla Cəfərli, Xılxına, Pirli, Kolayır və bir neçə kəndi ilə rayon mərkəzini birləşdirən yolda çətinliklər yaranıb.

Hazırda kənd sakinləri alternativ yollardan istifadə edirlər. Bu da rayon mərkəzi ilə əlaqəni kilometrlərlə uzadır.

Məlumat üçün bildirək ki, Gəncə və ümumilikdə qərb bölgəsində yağıntılı hava şəraiti müşahidə olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
1
icma.az

2Sources