EN

İran: Neft satışlarımız davam edir

İran: Neft satışlarımız davam edir

İranın Neft naziri Möhsin Paknejad ölkəsinin neft satışlarını fasiləsiz şəkildə davam etdirdiyini və əldə olunan gəlirin bir hissəsinin ABŞ və İsrailin hücumları nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına yönəldiləcəyini açıqlayıb.

AFN.az xəbər verir ki, İranın "Fars" Xəbər Agentliyinin məlumatına görə, nazir Paknejad neft sektorunun hərbi gərginliyə baxmayaraq fəaliyyətini dayandırmadığını vurğulayıb.

İranın əsas neft ixrac terminalı olan Xark adasından əməliyyatların kəsilmədən davam etdiyini bildirən Paknejad, "İsfənd (20 yanvar – 20 fevral) və Fərvərdin (20 fevral – 20 mart) aylarındakı neft satışları ölkə üçün hazırda müsbət və ruhlandırıcı səviyyədədir. Neft sənayesi işçiləri böyük fədakarlıqla öz öhdəliklərini yerinə yetirirlər," – deyə qeyd edib.

Nazir həmçinin ötən ay İranın xam neftinin satış qiymətinin əhəmiyyətli dərəcədə artdığına diqqət çəkib. O bildirib ki, bu satışlardan əldə edilən gəlirin bir hissəsi ABŞ və İsrailin neft obyektlərinə təşkil etdiyi hücumlar nəticəsində yaranan dağıntıların təmiri və infrastrukturun bərpası üçün istifadə olunacaq.

Chosen
7
afn.az

1Sources