EN

Sürücü keçidi keçən qadına yol verməyib təhlükə yaratdı VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xırdalan şəhərində yol hərəkəti qaydalarını pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 99-BZ-218 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü nizamlanmayan piyada keçidində yolu qarşı tərəfə keçmək istəyən qadına yol verməyib. Nəticədə yaranan təhlükəni görən qadın məcbur qalaraq dayanmalı olub.

"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
avtosfer.az

1Sources