Mersin məhkəməsi Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kemal Kılıçdaroğlu barəsində 11 ay 20 gün müddətinə həbs cəzası qərarı çıxarıb.
Qeyd edək ki, Kılıçdaroğlu barəsində istintaq 2024-cü ildə, onun partiya sədri və millət vəkili kimi səlahiyyətləri başa çatdıqdan sonra başladılıb. Sabiq CHP lideri barəsində qərar 2014-cü ildə Mersin mitinqində, həmçinin 2016-cı ildə Ədirnədə etdiyi çıxışlar zamanı Ərdoğan barəsində işlətdiyi ifadələrə görə çıxarılıb.