EN

Məşhur serialın yeni mövsümünü fəlakət adlandırdılar

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Dünyaca məşhur "Eyforiya" serialının üçüncü mövsümü müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, tənqidçilər və media nümayəndələri serialın zəif ssenari, personajlar və həddindən artıq ağır səhnələrlə dolu olduğunu bildiriblər.

Yeni mövsümdə hadisələrin əvvəlki hissələrdən 5 il sonra cərəyan etdiyi bildirilir. Süjetə görə, əsas personajlar artıq məktəbi bitirib böyüyüblər. Rue (Zendaya) narkotikə qurşanıb, Cassie (Sidni Svini) isə toksik bir idmançı olan Nate (Jacob Elordi) ilə evlilik ərəfəsindədir.

"The Guardian" serialın gözləntiləri qarşılamadığını, hekayənin qarışıq, yumorsuz və ağır atmosferli olduğunu yazıb.

"New York Post" isə üçüncü mövsümü "tam bir fəlakət" adlandıraraq, zəif ssenarinin serialın əvvəlki uğurunu məhv etdiyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
axsam.az

1Sources