EN

Beynəlxalq Valyuta Fondu 2027-ci ildə Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırır

Bakı. Trend:

2026-cı ildə Azərbaycanda inflyasiya 2025-ci ildəki 5,6 faizləmüqayisədə 6 faiz səviyyəsində olacaq.

Trend bu barədəBeynəlxalq Valyuta Fondunun (BVF) hesabatına istinadən məlumatverir.

Hesabata əsasən, 2027-ci ildə ölkədə inflyasiya 5,1 faizə qədərazalacaq.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,bu ilin yanvar-mart aylarında Azərbaycanda orta illik inflyasiya5,7% təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə isə baza ssenariyəəsasən, 2026-cı ilin və 2027-ci ilin sonuna illik inflyasiyanınhədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Bildirilib ki, sonmeyillərin təhlili 2026-cı ilə inflyasiya proqnozunun artmaistiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.

“2026-cı ilin fevralında 12 aylıq inflyasiya 5.7% təşkil edib.İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütünməmulatları üzrə 6.8%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qidaməhsulları üzrə isə 3.7% təşkil edib. İllik baza inflyasiya 5.6%olub. Müşahidə olunan inflyasiya, əsasən xarici mənşəli xərcamillərinin təsiri altında formalaşır”, - Mərkəzi Bank qeydedib.

Məqalədə:
Chosen
11
1
az.trend.az

4Sources