EN

İqtisadi Şuranın növbəti iclası keçirilib: Maliyyə Nazirliyinə 2027-ci ilin büdcə zərfini hazırlamaq tapşırılıb (FOTO)

Bakı. Trend:

Aprelin 14-də Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadiŞuranın növbəti iclası keçirilib.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, İqtisadi Şuranın iclasda 2027-2030-cu illər üzrəOrtamüddətli Büdcə Çərçivəsi (OMBÇ), büdcə siyasətinin əsasistiqamət və hədəfləri, prioritet xərc istiqamətləri, ortamüddətlidövr üçün ilkin makroiqtisadi proqnozlar və makro-fiskal çərçivə,büdcə dayanıqlığı, 2027-ci il və sonrakı üç il üçün dövlət və icmalbüdcələrinin proqnoz göstəriciləri, sosial siyasət və əsasgöstəriciləri və digər cari iqtisadi məsələlər ətraflı müzakirəolunub.

Gündəlikdə olan məsələlər üzrə maliyyə naziri Sahil Babayev,əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev vəiqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzələri dinlənilib.

Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasadəvət olunanlar çıxış ediblər.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təkliflərinəzərə alınmaqla gündəlikdə olan məsələlərə dair müvafiq qərarlarqəbul olunub.

Maliyyə Nazirliyinə və digər aidiyyəti qurumlara növbəti ilinbüdcə zərfinin və OMBÇ sənədinin hazırlığı ilə bağlı müvafiqtapşırıqlar verilib.

İqtisadi
İqtisadi
İqtisadi
İqtisadi
İqtisadi
İqtisadi
Chosen
23
13
az.trend.az

10Sources