EN

Türkiyə kanalında Cabir İmanovun görüntülərini yaydılar VİDEO

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyənin Kanal 3 kanalında yayımlanan xəbər buraxılışında mərhum Əməkdar artist Cabir İmanov anılıb.

Milli.Az xəbər verir ki, aparıcı sevgi mövzusundan bəhs edərkən Azərbaycanın məşhur yumor kollektivi "Planet Parni iz Baku"nun konsert proqramından maraqlı anları efirdə təqdim edib. Kadrlarda Cabir İmanovun danışdığı səhnələr də yer alıb.

Yayımlanan görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılaraq Azərbaycanda da böyük maraqla qarşılanıb. İzləyicilər mərhum sənətkarı ehtiramla yad edərək onun yaradıcılığını yüksək qiymətləndiriblər. Mərhum aktyorun yaratdığı obrazlar tamaşaçılara xatırlanıb.

Qeyd edək ki, C.İmanov ötən ilin sentyabrında qəfil ürəktutmasından vəfat edib.

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
5
news.milli.az

6Sources