EN

Hava şəraiti nə vaxt sabitləşəcək?

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Ölkə ərazisində sabah gündüz yağıntıların tədricən kəsiləcəyi, aprelin 16-da isə hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

 

O bildirib ki, aprelin 14-ü Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağıntılı hava şəraitinin aprelin 15-i gündüzədək davam edəcəyi gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 12-16 dərəcə isti olacağı proqnozlaşdırılır.

Gülşad Məmmədova deyib ki, bölgələrdə də hazırda yağıntılı hava şəraiti davam edir.Dağlıq ərazilərdə qar yağır, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 15-i gündüz isə yağıntılar tədricən kəsiləcək.Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.Proqnozlar Bürosunun direktoru diqqətə çatdırıb ki, aprelin 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləkləri üstünlük təşkil edəcək.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
9
bizim.media

10Sources