Bakı,14 aprel, AZƏRTAC
Mayın 13-də AMEA Gənclər Akademiyası və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan türkologiya elmi: sələflər və xələflər” adlı respublika elmi konfransı keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfransın əsas məqsədi klassik türkologiya irsini müasir elmi yanaşmalarla uzlaşdırmaq, akademik tədqiqatların bu sahədə rolunu gücləndirmək və gənc alimlərin Türk dünyasının ortaq elmi-mədəni məkanının formalaşmasında fəal iştirakını təşviq etməkdir.
Konfransa təqdim ediləcək məqalələr aşağıdakı istiqamətləri əhatə edə bilər:
- Dilçilik;
- Ədəbiyyat;
- Türkoloji folklorşünaslıq;
- Türkologiyanın sosial-fəlsəfi aspektləri;
- Tarix və etnoqrafiya;
- Şərqşünaslıq kontekstində türk xalqlarının tarixi və mədəniyyəti.
Məqalələr mayın 5-dək qəbul ediləcək.
Konfransın qaydaları haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.