Rusiya hakimiyyəti reytinqin düşməsi səbəbindən internet bloklamalarını ləngitmək qərarına gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Rusiya internetin bloklanması prosesini yavaşlatmaq qərarına gəlib. Nəşrin məlumatına görə, bu addımın atılmasına əsas səbəb ölkədə hakimiyyətə qarşı ictimai dəstək səviyyəsinin aşağı düşməsi olub.
Məhdudiyyətlərin sərtləşdirilməsi təşəbbüsünü əsasən Rusiya Federal Təhlükəsizlik Xidməti irəli sürürdü. Lakin hökumətdəki bəzi yüksək vəzifəli məmurlar bu qərara qarşı çıxaraq, internetin kütləvi bloklanmasının ölkə iqtisadiyyatı və siyasi sabitlik üçün ciddi risklər yaratdığını vurğulayıblar.
Xuraman Etibarlı
İnterpress.az