EN

Rusiyanın neftdən əldə etdiyi gəlir ikiqat artdı

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın neft və neft məhsulları ixracından əldə etdiyi gəlir mart ayında 19,04 milyard dollara yüksəlib.

Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında deyilib.

Hesabata görə, bu, fevral ayı ilə müqayisədə 9,7 milyard dollar, ötən illə müqayisədə isə 4,76 milyard dollar çoxdur:

“Rusiya neftinin ən böyük payı Hindistana ixrac edilib - gündə 2 milyon barrel. Mart ayında Hindistanın 12 neftayırma zavodu Rusiyadan neft idxal edib. Bir ay əvvəl bu zavodların sayı 7 idi. Çin ixrac həcminə görə ikinci yeri tutub - gündə 1,8 milyon barrel.

Rusiyanın neft məhsullarının ixracından əldə etdiyi gəlir fevral ayı ilə müqayisədə 3,88 milyard dollar çox olmaqla, 7,59 milyard dollar təşkil edib”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
axar.az

1Sources