EN

Azərbaycanda süni intellekt ekosistemini genişləndirəcək “Datarace.ai” platforması istifadəyə verilir  

Azərbaycan süni intellekt sahəsində istedadları və biznes ehtiyaclarını birləşdirəcək yeni platforma ilə tanış olur. Milli Süni İntellekt Mərkəzindən bildirilib ki, yaxın zamanda istifadəyə veriləcək “Datarace.ai” platforması real datasetlər, süni intellekt üzrə istedadlar və biznes problemlərini vahid mühitdə birləşdirən yarış platforması rolunu oynayacaq. 

Layihə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” çərçivəsində həyata keçirilir və ekosistemə üç əsas istiqamətdə dəstək verəcək: real datasetlərə çıxış imkanlarının genişləndirilməsi, akademik biliklərin praktikada tətbiqinin gücləndirilməsi və istedadların sistemli şəkildə aşkarlanması üçün mexanizmlərin yaradılması. “Datarace.ai” platforması şirkətlərin biznes problemlərinə uyğun süni intellekt həllərinin hazırlanması üçün rəqabətli mühit təqdim edəcək. İştirakçılar təqdim olunan məlumatlar üzərində işləyərək müxtəlif təkliflər hazırlayacaq, bizneslər isə nəticələri müqayisə edərək ən uyğun layihələri və mütəxəssisləri müəyyənləşdirəcək.

Platforma maliyyə, nəqliyyat, energetika, səhiyyə və telekommunikasiya kimi prioritet sahələrdə süni intellekt strategiyasının  tətbiqini genişləndirəcək və ölkənin innovasiya potensialını daha da gücləndirəcək.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Chosen
20
6
azerbaijan-news.az

7Sources