EN

Sosial xidmət müəssisələrinin məzunları üçün “Karyera körpüsü” layihəsinə başlanıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 14 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyi “Karyera körpüsü” layihəsinin icrasına başlayıblar.

AZƏRTAC xəbər verir ki, layihə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrinin məzunlarının məşğulluğuna, uğurlu karyera qurmalarına dəstək məqsədi daşıyır.

Habelə həmin müəssisələrdə yaşayan yuxarı sinif şagirdləri də layihəyə cəlb ediləcək.

Yeni layihəyə başlanması ilə əlaqədar iki qurumun nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə qeyd edilib ki, layihə ikiillik müddəti əhatə edir. Layihə iştirakçıları üçün qeyd edilən müddət ərzində fərdi inkişaf planları hazırlanacaq, konsultasiyalar keçiriləcək və karyera məsləhət xidmətləri göstəriləcək.

Onların əmək bazarının tələbləri barədə məlumatlılığı da artırılacaq. Habelə yumşaq bacarıqları inkişaf etdiriləcək, məşğulluq imkanları qiymətləndiriləcək.

Layihəyə cəlb ediləcək gənclərin peşə seçimi ilə bağlı dəstək və müvafiq peşə sahələrinə yönləndirilmə xidmətləri də göstəriləcək.

Sosial xidmət müəssisələrinin məzunları və bu il məzun olmağa hazırlaşan gənclər üçün onların əmək bazarının tələbləri barədə məlumatlılığının artırılması və yumşaq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə layihə çərçivəsində “Karyera bootcampı” da yaradılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
azertag.az

1Sources