EN

Naxçıvanda Zəngəzur dəhlizi ilə bağlı məsələlər operativ icra olunacaq – Cabbar Musayev

Bakı. Trend:

Zəngəzur dəhlizinin Naxçıvandan keçən hissəsində kommunikasiyaxətlərinin layihəsinin sürətlə icrası məqsədilə təşkilatiməsələlərin həlli Naxçıvan Nazirlər Kabineti tərəfindən operativicra olunacaq.

Trend-inməlumatına görə, bunu Naxçıvan Muxtar Respublikasının Baş naziriCabbar Musayev Ali Məclisin yaz sessiyasının aprelin 10-dakeçirilən beşinci iclasında 2025-ci ilin yekunlarına dair hesabatməruzəsində deyib.

Baş nazir bildirib ki, muxtar respublikanın blokada şəraitininaradan qaldırılmasında xüsusi əhəmiyyət kəsb edən Zəngəzurdəhlizinin muxtar respublika ərazisindən keçən hissəsində dəmiryolu, avtomobil yolu, yüksəkgərginlikli elektrik verilişixətlərinin çəkilişi, həmçinin digər kommunikasiya xətlərininlayihəsinin sürətlə icrası məqsədilə torpaq, əmlak, xammal təminatıvə digər təşkilati məsələlərin həlli Nazirlər Kabineti tərəfindənoperativ icra olunacaq.

C.Musayev əlavə edib ki, bunlarla yanaşı, ictimai nəqliyyatınmüasir tələblərə uyğun qurulması məqsədilə şəhərlərarası marşrutxətlərinin yenidən formalaşdırılması, iri yaşayış məntəqələriarasında sərnişindaşıma xidmətlərinin təkmilləşdirilməsi və avtobusparkının yenilənməsi ilə bağlı kompleks tədbirlərin həyatakeçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunda bərpavə konservasiya işlərinin aparılması, xalq sənətkarlığınındirçəldilməsi və ərazinin turizm məkanına çevrilməsi məqsədiləmüvafiq konsepsiyanın hazırlanması işləri davam etdirilir.

“2026-cı ildən etibarən sahibkarlıq fəaliyyətinə 10 il müddətinətətbiq olunan güzəştlər sahibkarlığın inkişafını stimullaşdırmaqlaişsizliyin azaldılması və yeni iş yerlərinin yaradılması üçün genişimkanlar yaradır.

Bu istiqamətdə Nazirlər Kabineti tərəfindən ardıcıl vəməqsədyönlü tədbirlər həyata keçirilir.

Əhalinin mənzilə olan tələbatının ödənilməsi və yaşayışşəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayışbinalarının, o cümlədən güzəştli mənzillərin tikintisiistiqamətində tədbirlər davam etdirilir”, - deyə o qeyd edib.

Chosen
44
3
az.trend.az

4Sources