
ABŞ-nin ən böyük dörd aviaşirkətindən biri olan “United Airlines”, rəqiblərindən biri olan “American Airlines” ilə birləşməyi nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, “United Airlines”in baş direktoru Skott Kirbi birləşmə ideyasını ABŞ administrasiyasının rəsmilərinə təqdim edib, lakin mümkün razılaşma ilə bağlı hər hansı real müzakirələrin aparılıb-aparılmadığı məlum deyil.
Hər iki aviaşirkət ABŞ-nin ən böyük dörd aviaşirkəti arasındadır və ABŞ hava səyahətləri bazarının təxminən üçdə birini təşkil edir.