EN

Xəzərdə balıqçı batdı, axtarışa helikopter də cəlb edildi...



Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Rahim Ramiz oğlu Osmanovun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

ZÜMRÜD

Chosen
14
50
baki-xeber.com

10Sources