EN

Bəlkə də ümumiyyətlə borcu yoxdur, bəs necə yaşasın?

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycan məhkəmələrində təbii qaz, su və elektrik enerjisi borcları ilə bağlı yaranan mübahisələrdə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair yeni öhdəlik müəyyən edilib. Yeni qaydaya əsasən, borcun mübahisələndirildiyi işlər üzrə məhkəmə tərəfindən qəbul edilən təminat qərarları konkret məbləğlə məhdudlaşdırılmalı və bu məhdudiyyət gələcəkdə yaranacaq yeni borclara şamil olunmamalıdır. Bu dəyişiklik həm istehlakçıların hüquqi müdafiəsini gücləndirmək, həm də xidmət tədarükçüsü olan qurumların maliyyə sabitliyini qorumaq məqsədi daşıyır.Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu yanaşma düzgün deyil:“Yəni vətəndaşın kommunal ödənişini etməməsinə görə onun suyunun, qazının və elektrik enerjisinin kəsilməsi müvəqqəti təminat tədbiri kimi qəbul olunmamalıdır. Çünki bu halda insan öz mənzilində normal yaşaya bilməyəcək. Üstəlik, hələ sübut olunmalıdır ki, vətəndaşın həqiqətən borcu var, yoxsa yox. Bəlkə də onun ümumiyyətlə borcu yoxdur. Bu halda insan necə yaşamalıdır? Bu baxımdan istehlakçıların müdafiəsi nöqteyi-nəzərindən daha düzgün yanaşma ondan ibarətdir ki, kommunal təşkilat əvvəlcə məhkəməyə müraciət etsin, məhkəməni udsun və yalnız bundan sonra ödəniş vətəndaşın əmlakı hesabına təmin edilsin. Cərimə məsələsinə gəldikdə isə, bəli, qanun çərçivəsində cərimə də tətbiq oluna bilər. Lakin məhkəmə prosesi davam etdiyi müddətdə vətəndaşı qazsız, susuz və elektrik enerjisiz qoymaq, əlbəttə ki, düzgün yanaşma deyil”.Yəni, əgər kommunal idarə ilə borc üstündə məhkəməlik olsanız, məhkəmə artıq bütün prosesi deyil, yalnız mübahisəli olan konkret məbləği donduracaq. Yəni məhkəmə çəkişməsi gedə-gedə yeni yaranan borcları ödəməli olacaqsınız, əks halda xidmətiniz dayandırıla bilər. Bir sözlə, köhnə borca görə məhkəmədə olmağınız sizi gələcək ayların ödənişindən azad etmir və təminat qərarı yalnız həmin köhnə məbləğə aid edilir.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
42
demokrat.az

1Sources