EN

Naxçıvanda canlanan əmək bazarı: Rəqəmlər nə deyir?

Bakı. Trend:

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında əmək bazarındadiqqətçəkən aktivlik qeydə alınıb.

Trend-in əldəetdiyi məlumata görə, il ərzində ümumilikdə 26 982 yeniəmək müqaviləsi bağlanılıb.

Bunun 13 579-u dövlət, 13403-ü isə qeyri-dövlət sektorunun payına düşür. Bu, özəlsektorun dövlətlə, demək olar ki, eyni səviyyədə aktivlikgöstərdiyini ortaya qoyur.

İlin sonuna isə aktiv əmək müqavilələrinin sayı 54617-yə çatıb. Bu rəqəm əmək bazarında sabitliyin vədavamlı məşğulluğun formalaşdığını göstərən əsas göstəricilərdənbiri kimi diqqət çəkir.

2025-ci ildə 663 nəfər ödənişli ictimai işlərəcəlb olunub. Onların böyük hissəsi – 537 nəfər“DOST” İş Mərkəzi vasitəsilə işlə təmin edilib, digər 126nəfər isə Naxçıvan “DOST” İş Mərkəzinin xətti ilə buimkanlardan yararlanıb.

Özünüməşğulluq proqramı da aktiv şəkildə davam etdirilib. İlərzində 564 nəfər bu proqram çərçivəsindəaktivlərlə təmin olunaraq öz biznesini qurmaq imkanı əldə edib.

Chosen
39
az.trend.az

1Sources