EN

Premyer Liqa klubları onu hədəfə aldı

style='margin-bottom:10px;'>

"Nyukasl"ın müdafiəçisi Lüis Holl Premyer Liqa nəhənglərinin diqqət mərkəzinə düşüb.

QOL.az xəbər verir ki, "Caught Offside" nəşrinin məlumatına görə, 21 yaşlı futbolçu üçün "Çelsi" və "Arsenal" arasında transfer mübarizəsi gedir. Gənc oyunçunun müqaviləsində sərbəstqalma bəndi yer almadığı üçün klubun oyunçu üçün ən azı 50-55 milyon funt sterlinq tələb edəcəyi bildirilir.

Qeyd edək ki, Holl bu mövsüm 42 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Chosen
21
16
teleqraf.com

10Sources