Şanlıurfa Valiliyi, Siverek rayonundakı məktəbə hücumla bağlı 1 nəfərin saxlanıldığını, rayon polis idarəsi və rayon milli təhsil idarəsindən 4 rəhbər şəxsin vəzifələrindən kənarlaşdırıldığını açıqlayıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində məktəbin keçmiş şagirdi Ö.K. tərəfindən törədilən silahlı hücumda yaralanan 16 nəfərdən 7-nin xəstəxanadan buraxılıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, hadisənin aydınlaşdırılması üçün Siverek Cümhuriyyət Baş Prokurorluğu tərəfindən başladılan məhkəmə istintaqı çərçivəsində 1 şübhəli şəxs saxlanılıb: Məhkəmə istintaqı əhatəli və çoxşaxəli şəkildə davam etdirilir".
Telegram kanalımız