EN

Fransada korrupsiya qalmaqalı: Polis Yelisey sarayında axtarış apardı

Fransa məhkəmə polisinin maliyyə bölməsinin əməkdaşları Yelisey sarayında axtarış aparıblar.

Azreform.info xəbər verir ki, bu barədə "Le Canard Enchaîné" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, axtarışların məqsədi rəsmi anım mərasimlərinin təşkili zamanı yol verilmiş mümkün maliyyə pozuntularını araşdırmaqdır. Hüquq-mühafizə orqanlarının diqqətini məşhur mədəniyyət və ictimai xadimlərin dəfn olunduğu Panteonda keçirilən mərasimlərlə bağlı çoxsaylı müqavilələr cəlb edib.

İddialara görə, 2002-2024-cü illər ərzində bütün bu tədbirlərin təşkili dəyişməz olaraq eyni quruma - iri tədbirlərin təşkili üzrə ixtisaslaşmış "Shortcut Events" şirkətinə həvalə olunub. Hər bir belə mərasimin Fransa dövlətinə orta hesabla iki milyon avroya başa gəldiyi bildirilir.

İstintaqçılar "Shortcut Events" şirkətinin Milli Muzeylər Mərkəzi, Mədəniyyət Nazirliyi və hətta Yelisey sarayı tərəfindən qeyri-adi imtiyazlar alıb-almadığını araşdırırlar.

Chosen
15
4
azreform.info

5Sources