EN

Bu şirkət "xaricdə təhsil" adı ilə vətəndaşları aldadır

Vətəndaşlar "Xaricdə təhsil" adı altında fəaliyyət göstərən "Pilgrim Education" şirkətindən şikayətçidir. 

"Unikal" xəbər verir ki, belə şiakyətlərdən biri də N.Abdullayeva tərəfindən ediib. Onun sözlərinə görə, "Pilgrim Education" xaricdə təhsil adı ilə insanlardan yüksək məbləğdə ödəniş alır, lakin sonradan heç bir real xidmət göstərmir.

"Mən bu şirkətə 3000 manat ödəniş etmişəm. Üzərindən artıq 1 ildən çox vaxt keçib, amma nə sənəd işi görülüb, nə də hər hansı konkret nəticə var. Dəfələrlə əlaqə saxlamağa çalışsam da ya cavab verilmir, ya da məsələ müxtəlif bəhanələrlə uzadılır", - deyə vətəndaş şikayətində bildirib. 

Onunla yanaşı, bir neçə şəxs, hətta şəhid övladı da analoji vəziyyətlə üzləşdiyini bildirib. 

Qeyd edək ki, sözügedən şirkətlə bağlı şikayətlər 2024-cü ildən aktualdır. 

Chosen
15
3
unikal.az

4Sources