EN

Tramp Britaniyanın neft siyasətini “dəlilik” adlandırdı

Avropanın enerji resurslarına çox ehtiyacı var, lakin buna baxmayaraq Böyük Britaniya Şimal dənizində yerləşən və dünyanın ən iri yataqlarından biri hesab olunan neft yatağını istismara verməkdən imtina edir.

"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Bu, faciədir! Norveç Şimal dənizində hasil etdiyi nefti Böyük Britaniyaya ikiqat qiymətə satır. Onlar bundan böyük gəlir əldə edirlər. Enerji baxımından Şimal dənizində yerləşən Böyük Britaniya Norveçdən daha əlverişli mövqedədir və qazma işlərini genişləndirməlidir. Bunun edilməməsi sadəcə dəlilikdir”, – deyə Donald Tramp qeyd edib.

Chosen
12
2
olke.az

3Sources