İspaniya, Çin, Rusiya, Türkiyə, İtaliya və Misir İsrailin İrana qarşı müharibə çağırışlarına qarşıdır.
Bunu İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında yazıb.
"Sivilizasiyaların mahiyyəti kritik tarixi məqamlarda özünü büruzə verir", - paylaşımda qeyd olunub.
İran Prezidenti bilirib ki, İspaniya, Çin, Rusiya, Türkiyə, İtaliya və Misirin İsrailə qarşı tutduğu mövqe bu ölkələrin dərin mədəni və tarixi köklərindən qaynaqlanır.