EN

Maskerano istefa verməsinin səbəbini açıqladı

Argentinalı mütəxəssis Xavyer Maskeranonun “İnter Mayami”nin baş məşqçisi vəzifəsindən istefa verdiyi barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, mütəxəssis istefa qərarının səbəbini açıqlayıb:

“Hər kəsə bildirmək istəyirəm ki, şəxsi səbəblərə görə “İnter Mayami”nin baş məşqçisi vəzifəsindəki işimə son qoymaq qərarına gəldim.

İlk növbədə, mənə göstərdikləri etimada görə kluba, birgə səylərinə görə hər bir işçiyə və xüsusən də unudulmaz anlar yaşamağımıza kömək edən oyunçulara təşəkkür etmək istərdim. Həmçinin azarkeşlərə də təşəkkür etmək istərdim, çünki onlar olmasaydı, bunların heç biri mümkün olmazdı.

Chosen
19
publika.az

1Sources