EN

ŞOK HADİSƏ: 20 il əvvəl udduğu termometr bağırsağından ÇIXDI – FOTO

Çinli 20 il ərzində bağırsağında civəli termometrlə yaşayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Çində qeyri-adi bir tibbi hadisə qeydə alınıb. 32 yaşlı kişi şiddətli qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib.

Müayinələr zamanı məlum olub ki, pasiyentin bağırsağında 20 ildir qalan civəli termometr var.

Məlumata görə, həmin şəxs hələ uşaq olarkən termometri təsadüfən udub.

O, valideynlərindən qorxduğu üçün bu barədə heç kimə deməyib və zaman keçdikcə hadisəni unudub.

Həkimlər cərrahi müdaxilə nəticəsində termometri pasiyentin orqanizmindən uğurla çıxarıblar.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
34
2
interpress.az

6Sources