EN

ABŞ ın dəniz blokadası Tehranı küncə sıxır KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadası hazırda Vaşinqtonun ssenarisi üzrə davam edir. Əməliyyata 10 mindən çox dənizçi, pilot və xüsusi təyinatlı, həmçinin iki aviadaşıyıcı qrup daxil olmaqla 15-dən çox hərbi gəmi cəlb olunub. Blokadanın ilk günündə heç bir ticarət gəmisi bu halqanı yara bilməyib; 6 gəmi Amerika hərbçilərinin xəbərdarlığından sonra geri qayıdıb. CENTCOM blokadanın bütün ölkələrə eyni dərəcədə tətbiq edildiyini bildirsə də, İranın raket və dron zərbələri qorxusu bölgədəki gəmiçilik risklərini pik həddə çatdırıb. Tehran isə istənilən an ABŞ gəmilərini vuracağı ilə bağlı xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, hərbi eskalasiya fonunda diplomatik böhran da dərinləşir. İslamabadda keçirilən danışıqlarda ABŞ vitse-prezidenti Cey Di Vens İrana nüvə fəaliyyətini 20 illik dayandırmağı təklif etsə də, Tehran 5 illik müddətlə çıxış edib. Tərəflər arasında həmçinin 270 milyard dollarlıq təzminat və ərəb ölkələrinin müharibədə iştirakı mövzusunda ciddi fikir ayrılıqları var.

ABŞ daxilində isə Trampın siyasətinə qarşı narazılıq artır; sorğular göstərir ki, amerikalıların 59%-i bu müharibəni səhv addım hesab edir. Hətta Respublikaçılar Partiyası daxilində də prezidentin “bir sivilizasiya yox olacaq” tipli bəyanatları şok effekti yaradıb və bəzi konqresmenlər onun vəzifədən kənarlaşdırılmasını tələb ediblər.

Aprelin 21-də başa çatacaq atəşkəs müddətinə qədər Pakistan, Misir və Türkiyə tərəfləri yenidən danışıqlar masasına oturtmağa çalışır. Səudiyyə Ərəbistanı da blokadanın regionda neft nəqlini tamamilə iflic edəcəyindən və husilərin Bab-əl-Məndeb boğazını bağlayacağından ehtiyatlanaraq Vaşinqtona təzyiq göstərməyə başlayıb. Hazırda Tehran “əvvəl təzminat, sonra uran” məntiqi ilə hərəkət edir ki, bu da sazişin əldə olunmasını çətinləşdirir. Vaxt daralır və 21 aprelə qədər hadisələrin istənilən istiqamətdə inkişafı mümkündür.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
1
konkret.az

2Sources