EN

“Nicat”da yoxlama aparılıb

ain.az, Ayna portalına istinadən məlumat yayır.

Biləsuvarda şadlıq evində nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Biləsuvar rayonunun Nəsimi kəndində fəaliyyət göstərən, fiziki şəxs Samir Xeyrulla oğlu Xanverdiyevə məxsus “Nicat” şadlıq evində yoxlama keçiriblər. AYNA.AZ xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.

Qeyd olunub ki, obyektdə temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, emal prosesində istifadə olunan suyun filtrdən keçirilmədiyi, işçi masaların korroziyaya davamlı və yuyulabilən materialla üzlənmədiyi, manqal yeməkləri hazırlanan sahədə sanitar-texniki tələblərin pozulduğu və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, obyektdə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
2
ayna.az

5Sources